Murad Babakishizade Immagine del profilo

Murad Babakishizade

Ritorna alla lista Aggiunto il 15 feb 2013

Murad Babakişizadə

1987-ci ildə Bakı şəhərində anadan olmuşam. 1993-2004-cü illərdə Ağstafa rayon 2 saylı orta məktəbdə təhsil almışam. Oxuduğum müddətdə bir sıra rayon və respublika sərgi-müsabiqələrində iştirak etmişəm. Müxtəlif dərəcəli Diplom və Fəxri Fərmanlarla təltif edilmişəm. 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetidə tibb təhsili almışam. 2010-cu il may ayının 18-də Ağstafa rayon Dövlət Rəsm Qalereyasında həvəskar rəssam kimi *OYANIŞ* adlı ilk fərdi sərgim təşkil olunub. 2010-ccu ildə bir neçə respublika sərgilərində və dekabr ayinda Moskvada Kuturalogiya institutunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş azərbaycanlı rəssamların sərgisində 2 işlə iştirak etmişəm. 2012-ci il oktyabr ayının 17-də Müstəqillik gününə həsr edilmiş Heydər Əliyev Muzey-Mərkəzinin sərgi salonunda sayca 2-ci fərdi sərgim olan *RƏNGARƏNG* təşkil edildi... 2013-cü il fevral ayının 1-de Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə Ağstafa rayon İcra Başçısı tərəfində *İlin Gənc Rəssamı* nominasıyası üzrə Fəxri Fərmanla təltif edildim...

Artmajeur

Ricevi la nostra newsletter per appassionati d'arte e collezionisti